03 aprel 2026-cı il tarixində BDU Qazax filialında  “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələrin iqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə  “Müasir yatırım imkanları” mövzusunda seminar keçirilib.

“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar ? ” mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə “Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminar çərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiya imkanları, risklərin idarə olunması, qiymətli kağızların alqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumat verilib.

Seminarın sonunda sual-cavab oldu. İştirakçılara tədris kurslarında iştirak üçün 10%, 4 nəfərə 20% və 3 nəfər xüsusi fərqlənənlərə 50% endirim elan olundu.

Filialda hal-hazırda 1750 tələbə təhsil alır və gələcəkdə seminarların bütün heyət üçün mütəmadi keçirilməsi təşəbbüsünü irəli sürüldü.

İştirak etmək istəyənlər çox olsada yer məhdudiyyəti ilə əlaqədar 55 nəfər iştirak etdi.