
Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) üzvlərinin rəhbərləri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədr müavini Əli Əhmədov arasında növbəti rüblük iclas keçirilmişdir.
İclas zamanı Orxan Bağırov cari ilin I rübü ərzində AKBA tərəfindən həyata keçirilmiş fəaliyyətlər barədə iştirakçılara geniş məlumat vermiş, həmçinin üzvlər üçün aktual olan əsas müzakirə mövzularını diqqətə çatdırmışdır.
Görüş çərçivəsində kapital bazarlarının inkişafı üzrə qarşıdakı dövr üçün əsas hədəflər ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə real sektor iştirakçılarının bazarda fəallığının artırılması, sektorun rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və maliyyə savadlılığının gücləndirilməsinə yönəlmiş təşəbbüslər xüsusi vurğulanmışdır.
Tərəflər arasında konstruktiv dialoqun və əməkdaşlığın davam etdirilməsinin kapital bazarlarının dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur.


