
Azərbaycan Kapital Bazarı Assosiasiyasının (AKBA) Yerli Bazar Komitəsinin növbəti iclası üzvümüz Bakı Fond Birjasının (BFB) ofisində keçirilmişdir. İclas zamanı yerli kapital bazarlarının mövcud vəziyyəti, inkişaf tendensiyaları və qurumlararası səmərəli əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Eyni zamanda, bazarda şəffaflığın artırılması və investorlar üçün yeni imkanların yaradılması istiqamətində növbəti addımlar müəyyənləşdirilib. Görüş, tərəfdaşlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi və gələcək birgə layihələrin planlaşdırılması baxımından olduqca səmərəli keçib.


