
Treyderlərin istək və ehtiyaclarını daim diqqət mərkəzində saxlayan UForex
yeni müştərilərinə özəl kampaniya təklif edir. Kampaniya çərçivəsində, yeni
hesab açan investorlara bir ay müddətində svopsuz və komissiyasız ticarət
edərək mənfəətlərini maksimuma çatdırmaq imkanı yaradır.
Bu müddətdə treyderlər əlavə xərclər olmadan qlobal maliyyə bazarlarında
əməliyyatlar həyata keçirərək bazar təcrübəsi qazana və ticarət strategiyalarını
daha rahat sınaqdan keçirə bilərlər.
Müştəri məmnuniyyəti və bazardakı tələblərə çevik reaksiya verməyin önəmini
vurğulayan Unicapital İnvestisiya Şirkətinin Direktoru Elmira Qəribova mövzu
ilə bağlı bildirib:
"Bugünkü investisiya xidmətlərində əsas məqsəd müştərilərin gözləntilərinə
uyğun həllər yaratmaqdır. Biz treyderlərimizlə daim ünsiyyətdə olur, onların
rəylərini və bazardakı ehtiyaclarını mütəmadi olaraq təhlil edirik.
Müşahidələrimiz göstərdi ki, istifadəçilərimiz üçün ticarət şərtlərinin tam
optimallaşdırılması və maliyyə bazarlarına daha sərbəst çıxış imkanları ön
plandadır. Məqsədimiz hər bir investorun öz potensialını maksimum dərəcədə
reallaşdıra biləcəyi ən rahat və şəffaf mühiti təmin etməkdir”.
Kampaniya barədə ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün:
https://uforex.az/fx-campaign/
Qeyd edək ki, kampaniya balansı 1000 ABŞ dollarınadək olan yeni ticarət
hesabları üçün keçərlidir.
Əlavə məlumat üçün: +994 50 573 01 17


