9 iyun tarixində Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (International Finance & Banking Summit 2026) öz işinə başlayıb. Tədbir maliyyə, bankçılıq və fintex sektorlarının aparıcı nümayəndələrini bir araya gətirərək rəqəmsal transformasiya, süni intellekt, ödəniş sistemləri, kibertəhlükəsizlik və uyğunluq (compliance) sahələrində aktual məsələlərin müzakirəsi üçün platforma yaradıb.

Sözügedən platforma həm yerli, həm də xarici ekspertlər arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması və qlobal təcrübələrin daxili bazara inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Sammit çərçivəsində təşkil olunan panel müzakirələrində gələcəyin maliyyə arxitekturasının formalaşdırılması və innovativ ekosistemin inkişafı yolları ətraflı şəkildə nəzərdən keçirilib.

AKBA-nın icraçı direktoru Elvin Qasımov, AKBA direktorlar şurasının üzvü Müşfiq Əhmədli və digər üzv şirkətlərin nümayəndələri sammitdə iştirak edərək maliyyə sektorunda innovasiyalar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində aparılan müzakirələri dinləyib, sektor nümayəndələri ilə fikir mübadiləsi aparıblar.