
AKBA əməkdaşları, İnsan Resursları Komitəsinin üzvləri və AKBA üzv şirkətlərinin nümayəndələri ADA universitetində keçirilən karyera tədbirində iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar tələbələrlə birbaşa ünsiyyət quraraq kapital bazarlarında karyera imkanları, təcrübə proqramları və mövcud vakansiyalar barədə məlumat veriblər. Görüşlər zamanı gənclərin sualları cavablandırılıb, onların peşəkar inkişafına dəstək məqsədilə tövsiyələr təqdim olunub.
AKBA bu kimi təşəbbüslərin əmək bazarı ilə akademik mühit arasında əlaqələrin gücləndirilməsində, eləcə də gənclərin kapital bazarlarına marağının artırılmasında mühüm rol oynadığını qeyd edir. Üzv şirkətlərin fəal iştirakı isə gələcək mütəxəssislərin hazırlanmasına töhfə verir


