
Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) əməkdaşları və AKBA-nın İnsan Resursları üzrə Komitəsinin iştirakı ilə Üçüncü Bahar İctimai Birliyi ilə görüş keçirmişdir.
Görüş zamanı Üçüncü Bahar İctimai Birliyinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi sosial layihələr, cəmiyyətdə tutduğu mövqe, eləcə də sosial inklüzivliyin təşviqində rolu barədə ətraflı məlumat verilmişdir. İctimai birliyin aktiv yaşlanmanın təşviqi, sosial iştirakçılığın artırılması və müxtəlif sosial qrupların rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüsləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbir çərçivəsində AKBA-nın İnsan Resursları üzrə Komitəsinin fəaliyyət prioritetləri ilə uzlaşan mövzular — insan kapitalının inkişafı, sosial məsuliyyət, inklüziv məşğulluq və maarifləndirmə sahələrində potensial əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Bununla yanaşı, tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, sosial yönümlü təşəbbüslər çərçivəsində maliyyə savadlılığının artırılması və müxtəlif təlim proqramlarının təşkili imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

