
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində xüsusi tənzimləmə rejiminin maliyyə ekosisteminin dərinləşdirilməsinə verdiyi töhfəni vurğulayıb.
Mərkəzi Bankın Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib Həsənov rejimin tətbiqi üzrə əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verib. Beynəlxalq Maliyyə Korporasiyasının eksperti Pavel Şust isə beynəlxalq təcrübə və bu sahədə mövcud yeniliklərə dair təqdimatla çıxış edib.
Tədbirdə, həmçinin AKBA-nın Texnologiya və İnformasiya Təhlükəsizliyi üzrə Komitəsinin sədri, Unicapital İnvestisiya Şirkətinin direktoru Tofiq Həsən çıxış edərək, xüsusi tənzimləmə rejiminin maliyyə bazarlarında innovasiyaların təşviqi və yeni məhsulların sınaqdan keçirilməsi baxımından yaratdığı imkanlardan danışıb.



