Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) üzvləri və əməkdaşları IX Beynəlxalq Bankçılıq Forumunda iştirak etdilər.

İki gün davam edən forum çərçivəsində nağdsız iqtisadiyyatın inkişafı, rəqəmsal transformasiya, fintech trendləri və rəqəmsal bank həlləri üzrə aktual mövzular müzakirə olunur. Tədbir bank-maliyyə sektorunun nümayəndələri üçün təcrübə və fikir mübadiləsi baxımından mühüm platforma yaradır.