Tələt Kalayev
SədrTələt Kalayev
Tələt Kalayev 2004–2008-ci illərdə və 2008–2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında müvafiq olaraq BBA və MBA proqramları üzrə təhsil almış, bakalavr və magistr dərəcələrinə yiyələnmişdir. Azərbaycan kapital bazarlarında 17 ildən artıq iş təcrübəsinə malik olan Tələt Kalayev müxtəlif illərdə “Standard Kapital”, Böyük Britaniyanın “Kazimir Partners” investisiya şirkətində (tədqiqatçı-analitik), Bakı Fond Birjasında (Ticarət və Üzvlük departamentinin rəhbəri) və “PAŞA Kapital” investisiya şirkətində (direktor müavini) fəaliyyət göstərmişdir. Hal-hazırda Tələt Kalayev “Unicapital İnvestisiya Şirkəti” ASC-də direktor vəzifəsində çalışır.