
Unicapital 17 dekabr tarixində AmCham tərəfindən təşkil olunan “Yeni Nəsil
Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik” tədbirinin sponsoru
oldu. Forum çərçivəsində maliyyə sektorunda baş verən sürətli dəyişikliklər,
süni intellekt və müasir ticarət texnologiyalarının bazarları necə yenidən
formalaşdırdığı müzakirə olundu. Həmçinin inklüzivliyin maliyyə
xidmətlərindəki rolu gündəmə gətirildi.
Tədbirdə həm yerli, həm də xarici ekspertlər çıxış edərək fikirlərini paylaşıblar.
Unicapital-ın Baş direktoru Vüqar Namazov isə forum çərçivəsində panel
müzakirələrinə moderatorluq edərək, innovasiya və texnologiyaların investisiya
xidmətlərinin inkişafına təsiri, o cümlədən inklüzivliyin sektordakı əhəmiyyəti
mövzularını ön plana çıxardı.
Unicapital maliyyə sektorunda innovasiyaların izlənməsi və qlobal təcrübələrin
öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu forum da sahə üzrə
inkişafın təmin edilməsi məqsədini dəstəkləyən önəmli tədbirlərdən birinə
çevrildi.
Xatırladaq ki, “ Unicapital İnvestisiya Şirkəti ” ASC-nin nizamnamə kapitalı 100%-
lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının
peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda
şirkətin müştəri sayı 1 000 000-u ötüb.



