Səlahiyyətli treyder təlimi maliyyə bazarlarında fəaliyyət göstərmək istəyən şəxslərə peşəkar bilik və bacarıqların öyrədilməsi məqsədi ilə keçirilir. Bu təlim iştirakçılara birjada əməliyyatların necə aparıldığını, risklərin idarə edilməsi strategiyalarını, bazar analizi metodlarını və ticarət platformalarından effektiv istifadəni öyrədir. Təlim həmçinin iştirakçıların hüquqi tələblər və etik qaydalar barədə məlumatlandırılmasını təmin edir. Sonda səlahiyyətli treyder sertifikatı alan şəxslər peşəkar treyder kimi fəaliyyət göstərmək hüquq qazanırlar. Səlahiyyətli treyder təlimində yalnız investisiya şirkətlərinin əməkdaşları iştirak edə bilər.
*Əlavə və daha detallı məlumat üçün bizimlə əlaqəyə keçməyiniz xahiş olunur.