
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 29 dekabr 2025-ci il tarixli qərarına əsasən İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb. O, 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsini icra etmişdir.
İbrahimova Umeyra Fərhad qızı 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub. 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistr dərəcəsi ilə bitirmişdir.
Ü.İbrahimova əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi başlayıb. 2013–2022-ci illərdə həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Qlobal bazarlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda, 2012–2016-cı illərdə “PAŞA Kapital investisiya şirkəti” QSC-də broker və diler kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin sentyabr ayında Ü.İbrahimova Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyinat almışdır.


