İnsan Resursları üzrə Komitə, kapital bazarlarında insan kapitalının inkişafı, peşəkar kadr potensialının gücləndirilməsi və müasir HR praktikalarının tətbiqinin təşviqi məqsədilə fəaliyyət göstərən işçi platformadır. Komitə əmək resurslarının idarə edilməsi, kompetensiya çərçivələrinin formalaşdırılması, təlim və sertifikasiya ehtiyaclarının müəyyənləşdirilməsi üzrə məsələləri araşdırır və inkişaf yönümlü təkliflər hazırlayır. Bununla yanaşı, bazar iştirakçıları arasında əməkdaşlığın, bilik və bacarıq mübadiləsinin genişləndirilməsinə, həmçinin sağlam və davamlı insan kapitalı ekosisteminin qurulmasına dəstək verir. Komitənin fəaliyyəti peşəkar və rəqabətədavamlı kadr bazasının formalaşdırılmasına töhfə verməyə yönəlib.