Müşfiq Əhmədli

Müşfiq Əhmədli

Kapital bazarı infrastrukturunda 7 ilə yaxın təcrübəyə malikdir və hazırda Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır. Əvvəllər eyni qurumda İdarə Heyəti sədrinin müavini vəzifəsində işləmişdir.2023-2024-cü illərdə Beynəlxalq Maliyyə Korporasiyası və Milken İnstitutunun birgə təşkil etdiyi Kapital Bazarları proqramında iştirak etmiş və George Washington Universitetində müvafiq sertifikat almışdır. Bu proqram çərçivəsində ABŞ-ın alternativ investisiyalar sahəsində ilk və ən böyük platforma təminatçısı olan CAİS şirkətində (Nyu-York) təcrübə keçmişdir. Milli Depozit Mərkəzində çalışdığı müddətdə bir sıra layihələrin həyata keçirilməsində iştirak etmişdir.Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr dərəcəsi olaraq almış, sonra isə İngiltərədə Heriot-Watt Universiteti və Edinburgh Business School-da MBA dərəcəsini əldə etmişdir.

Sədr - Orxan Bağırov

Orxan Bağırov

Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili almış və daha
sonra Fransada yerləşən ESC Rennes Biznes Məktəbində Beynəlxalq Maliyyə üzrə magistr
dərəcəsi əldə etmişdir. 2012-ci ildən etibarən kapital bazarında çalışır. Ümumilikdə 15 illik iş
təcrübəsinə malikdir, müxtəlif bank və investisiya şirkətlərində çalışmışdır.
Hazırda Invest-AZ İnvestisiya Şirkəti QSC-nin Müşahidə Şurasının üzvü və GoldenPay QSC-nin
Müşahidə Şurasının üzvüdür. Orxan Bağırov həmçinin digər investisiya fəaliyyətləri ilə də
məşğuldur.
Ölkədə fəaliyyət göstərən Angel Investors klublarından birinin həmtəsisçisi və sədridir.

Oqtay Qasımov

Oqtay Qasımov

2023-cü ilin noyabrında Bakı Fond Birjasına Baş Kommersiya İnzibatçısı təyin edilib. 2005-ci ildən bankçılıq karyerası ilə ticarət, xəzinədarlıq və kapital bazarlarına diqqət üzrə geniş təcrübəyə malik olan Oqtay Qasımov hal hazırda biznesin inkişafı, kapital bazarlarında əlaqələr və marketinq şöbələrinə nəzarət edir. Hazırkı vəzifəsindən əvvəl cənab Qasımov PASHA Private Banking-də sərvətin idarə edilməsi meneceri vəzifəsində çalışaraq yüksək maliyyəyə sahib müştərilərə hədəflənmiş maliyyə məsləhətləri verib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin fərqlənmə məzunu, bank işi və maliyyə ixtisası üzrə magistr dərəcəsinə malikdir. Oqtay Qasımov 2023-cü ildən etibarən CFA İnstitutunun Sertifikatlı Maliyyə Analitiki (CFA) tituluna malikdir.

Nadir Babazadə

Nadir Babazadə

Maliyyə və investisiya sahəsində geniş təcrübəyə malikdir. Hazırda “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-də icraçı direktor vəzifəsini icra edir və şirkətin strateji idarəetməsinə rəhbərlik edir. Eyni zamanda, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının üzvüdür. Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankında İdarə Heyəti sədrinin müavininin müşaviri kimi fəaliyyət göstərib və bankın törəmə şirkəti olan “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-nin yaradılması, təsis edilməsi və inkişaf etdirilməsində iştirak edib. Peşəkar karyerası ərzində Unibank və Unicapital investisiya şirkətində rəhbər vəzifələrdə çalışıb və bu sahədə geniş təcrübə qazanıb.Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə tamamlayan Nadir Babazadə daha sonra IE Business School-da Global Executive MBA proqramında təhsil alıb.

Pərvanə Qasımova

Pərvanə Qasımova

2009-cu il tarixindən etibarən kapital bazarı sahəsində çalışır. Hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr dərəcəsinə malikdir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatasında böyük hüquqşünas vəzifələrində çalışmışdır. 2018-ci ildən etibarən Unicapital İnvestisiya şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən AzFinance İnvestisiya Şirkətinin Hüquq və daxili nəzarət departamentinin rəhbəri, Direktor müavini vəzifələrində çalışmışdır. “CFI Financial İnvestisiya Şirkəti” QSC-də ilk olaraq Direktor vəzifəsində çalışmış və hal-hazırda İdarə Heyətinin sədri vəzifəsini icra etməkdədir. Avropa Şurasının Tvinninq və TAİEX layihələri çərçivəsində Kapital Bazarının inkişafı üzrə Azərbaycan qanunvericiliyinin Avropa direktivlərinə uyğunlaşdırılması məqsədi ilə normativ aktların ekspertizasında və bir sıra layihələrin hazırlanmasında fəal iştirak etmişdir. Fəaliyyət dövründə aşağıdakı normativ hüquqi aktların hazırlanmasında iştirak etmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Biznez Hüquq komitəsinin üzvüdür.

Emil Həsənov

Emil Həsənov

Bankçılıq, kapital bazarları və strukturlaşdırılmış maliyyə sahəsində dərin biliklərə malik təcrübəli menecerdir. Hal-hazırda “Azerfloat” QSC-nin Baş İcraçı Direktoru vəzifəsində çalışan Emil Həsənov, şirkətin vərəqə şüşə zavodunun tikinti layihəsinə rəhbərlik etmiş və istehsalatın başlanmasından etibarən əməliyyatlara uğurla rəhbərlik edir. Karyerası boyunca Emil Həsənov maliyyə bazarları, kredit törəmələri və biznesin inkişafı sahəsində güclü peşəkarlıq nümayiş etdirmişdir. O, J.P. Morgan, ABN AMRO, Royal Bank of Scotland, Macquarie Bank və UniCredit kimi aparıcı beynəlxalq investisiya banklarında çalışaraq strukturlaşdırılmış kredit, kapital bazarları və maliyyə mühəndisliyi sahələrindədərin bilik və təcrübə qazanmışdır. Onun “Azerfloat”dakı liderliyi sənaye və maliyyə sahələrində artım, innovasiya və əməliyyat mükəmməlliyinə sadiqliyini əks etdirir. Emil Həsənovun peşəkar fəaliyyəti həm mürəkkəb maliyyə alətlərinin, həm də geniş miqyaslısənaye əməliyyatlarının dərin anlayışını nümayiş etdirir və onu həm maliyyə, həm də istehsalat sahəsində dəyərli bir mütəxəssisə çevirir. O, Türkiyənin Boğaziçi Universitetində Biznesin İdarə Edilməsi və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə malikdir.

Fəqan Nağıyev

Fəqan Nağıyev

Aktivlərin idarə olunması, korporativ və investisiya bankçılığı (CIB), private banking, institusional satış və strateji layihələrin idarə edilməsi sahələrində 20 ilə yaxın beynəlxalq təcrübəyə malikdir. Peşəkar karyerasına 2007-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlamış, 2008–2014-cü illərdə isə Bank ABB Moskva-da müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2015–2022-ci illərdə o, İsveçrənin aparıcı bank qrupu olan Julius Baer-də fəaliyyət göstərərək, əvvəlcə Julius Baer Investment Advisory GesmbH-in İcraçı Direktoru, daha sonra isə Mərkəzi və Şərqi Avropa üzrə İcraçı Direktor və İnstitusional Biznesin rəhbəri olmuşdur.

2022-ci ildən Vyana mərkəzli Blacktower Street Advisors GmbH şirkətinin təsisçi tərəfdaşı və Müşahidə Şurasının üzvüdür. 2024-cü ildən İsveçrənin korporativ-investisiya bankçılığı və aktivlərin idarə olunması üzrə ixtisaslaşan Crossinvest Group-un Rəhbər Heyətinin üzvü kimi fəaliyyət göstərir. 2025-ci ildən isə Sürix mərkəzli Blacktower Street Investment Advisors (Switzerland) GmbH şirkətinin Baş İcraçı Direktorudur.
Fəqan hüquq üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsinə malikdir. O, Carlson School of Management (University of Minnesota) və Vienna University of Economics and Business tərəfindən təqdim olunan Global Executive MBA proqramının məzunudur. Habelə 2015–2020-ci illərdə Julius Baer Akademiyasında, İtaliyanın Bocconi Universitetində, Honq Konq City Universitetində və Hindistan Biznes Məktəbində ixtisasartırma proqramları keçmişdir.