Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və üzvlərinin rəhbər şəxsləri ilə görüşü keçirilib.

Görüşdə AKBA-nın fəaliyyəti, kapital bazarlarının inkişaf perspektivləri və qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.

AKBA Direktorlar Şurasının sədri Orxan Bağırov Assosiasiya tərəfindən ötən il ərzində icra edilmiş fəaliyyətlər, əldə olunmuş nəticələr və cari il üzrə müəyyən edilmiş prioritet istiqamətlər barədə məlumat verib. O, həmçinin AKBA üzvləri üçün aktual olan məsələləri Mərkəzi Bank rəhbərliyinin diqqətinə təqdim edib.