
Azərbaycan Kapital Bazarları Assosiasiyası, Bakı Fond Birjası, “ABB-Invest” İnvestisiya Şirkəti və Pakistan–Azərbaycan Ticarət Palatasının nümayəndələri 10–14 noyabr tarixlərində Pakistan İslam Respublikasında rəsmi işgüzar səfərdədirlər.
Səfərin əsas məqsədi Azərbaycan və Pakistanın maliyyə ekosistemləri arasında əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, eləcə də kapital bazarları üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsidir.



