AKBA üzvü “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Elxan Ağayev Muradxan oğlu Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Xəzər Bağırlı Arif oğlunu əvəz edir.

Müşahidə Şurasının digər üzvləri — Nəbiyev Nəbi Məcid oğlu və Şahverdiyeva Natella Fikrət qızı əvvəlki kimi fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manat təşkil edir və səhmlərinin 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.