
Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) rəhbərliyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Atakişiyev arasında İslam Maliyyəsi və əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.
Görüş zamanı İslam maliyyəsinin ölkədə inkişaf potensialı, bu sahədə institusional əməkdaşlıq imkanları və gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Tərəflər mövzu üzrə qarşılıqlı marağın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.


